ABŞ ordusuna məxsus iki helikopter Kentukki ştatında toqquşaraq qəzaya uğrayıb

ABŞ ordusuna məxsus iki helikopter Kentukki ştatında toqquşaraq qəzaya uğrayıb

ABŞ ordusu bu ölkənin cənubundakı Kentukki ştatında öz qüvvələrinə məxsus iki helikopterin toqquşması və qəzaya uğradığını elan edib.

Reuters xəbər agentliyinin məlumatına görə, Amerikanın cənubundakı Kentukki ştatının hava məkanında ABŞ ordusuna məxsus iki helikopter toqquşub və onlar qəzaya uğrayıb.

ABŞ Ordusunun sözçüsü bu xəbəri təsdiqləyərkən əlavə edib ki, bu orduya aid iki helikopter çərşənbə günü gecə Kentukki ştatında adi təlim missiyasını yerinə yetirərkən qəzaya uğrayıb.

ABŞ ordusunun bu qəza ilə bağlı verdiyi açıqlamaya görə, bu iki helikopterin ekipajı və sərnişinlərinin taleyi və vəziyyəti barədə məlumat yoxdur.

Kentukki qubernatoru bu qəzada ölənlərin ola biləcəyini bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one × three =