İslami Cihad Hərəkatı Tel-Əvivdə Bakı səfirliyinin açılmasını pisləyib

İslami Cihad Hərəkatı Tel-Əvivdə Bakı səfirliyinin açılmasını pisləyib

Fələstin İslami Cihad Hərəkatı Azərbaycanın Tel-Əvivdəki səfirliyinin açılmasını pisləməklə yanaşı, bunu sionist rejimin baş naziri Benyamin Netanyahu və onun ifratçı kabinetini bu rejimin daxili böhranlarından xilas etmək üçün bir vasitə kimi qeyd edib.

İRNA-nın Fələstinin “Maa” xəbər agentliyinə istinadən verdiyi xəbərə görə, İslami Cihad Hərəkatının liderlərindən biri olan Xalid Əl-Bətaş bununla bağlı vurğulayıb:

Azərbaycan Respublikasının müsəlman ölkəsi kimi işğal olunmuş ərazilərdə səfirliyinin açılması Netanyahunu gücləndirir, Tel-Əvivlə münasibətlərin normallaşması isə Fələstin millətinin idealına arxadan zəhərli xəncər saplamaqdır.

O, əlavə edib: Azərbaycan və sionist rejimə güzəştə gedən digər İslam və ərəb ölkələrinin fələstinlilərin yanında olması və onlara dəstək verməsi və sionist işğalına qarşı onlara yardım etməməsi daha məqsədəuyğun olardı.

Əl-Bətaş İslami Cihad Hərəkatının bir ərəb və ya islam ölkəsi ilə işğalçılar arasında münasibətlərin normallaşdırılmasını pislədiyini qeyd etməklə yanaşı deyib:

Tel-Əviv rejimi hazırda daxili böhranlara görə yaxşı vəziyyətdə deyil və orada səfirliyin açılması Netanyahu və onun ekstrimist kabineti üçün nicat deməkdir.

O, sonda bildirib ki, sionist rejim məhv olasıdır və sülh və normallaşma ilə bağlı bütün illüziyalarını özü ilə aparacaq.

Azərbaycan Respublikasının sionist rejim hökumətinin mərkəzi olan Tel-Əviv şəhərindəki səfirliyi bu ölkənin Xarici İşlər nazirinin işğal olunmuş ərazilərə səfəri çərçivəsində çərşənbə günü rəsmi şəkildə açılıb.

O, sionist rejimin Xarici İşlər naziri Eli Koen ilə birgə mətbuat konfransında deyib: Azərbaycan 2021-ci ildə işğal olunmuş ərazilərdə turizm və ticarət ofisi açıb, sonra isə rəsmi səfirliyini açmaq qərarına gəlib.

Azərbaycan Respublikasının Xarici İşlər naziri yaxın 20 gün ərzində Bakıda İsrail-Azərbaycan İqtisadi Əlaqələr Komissiyasının iclasının keçirilməsinə hazırlıq işlərini açıqlayıb və əlavə edib: Hazırda Azərbaycanda 140-dan çox İsrail şirkəti fəaliyyət göstərir.

Bayramov Bakı ilə Tel-Əviv arasında birbaşa aviareyslərin açılmasını, kənd təsərrüfatı və su təsərrüfatı sahəsində əməkdaşlığı, elm, təhsil, mədəniyyət və turizm sahələrində əlaqələrin inkişaf etdirilməsini iki tərəf arasında əlaqələrin dərinləşdirilməsi kimi xarakterizə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

seventeen − 12 =