Səudiyyə Ərəbistanının sərhəd bölgəsinə hücumunda bir yəmənli şəhid olub

Səudiyyə Ərəbistanının sərhəd bölgəsinə hücumunda bir yəmənli şəhid olub

Yəmən mənbələri Səudiyyə Ərəbistanının sərhəd bölgəsinə hücumunda daha bir vətəndaşın şəhadətini bildirib.

Əl-Məyadin kanalı Yəmənin şimalında yerləşən Səədənin “Şəda” sərhəd bölgəsində Səudiyyə Ərəbistanı ordusunun artilleriya hücumu nəticəsində bir Yəmən vətəndaşının şəhid olduğunu bildirib.

Səədə əyalətinin sərhəd bölgələri son bir neçə həftə ərzində dəfələrlə Səudiyyə Ərəbistanı qüvvələrinin raket və artilleriya hücumlarına məruz qalıb.

Bu günlərdə Yəmənin Milli Qurtuluş Hökumətinin İnsan Haqları Naziri Əli Əd-Deyləmi bildirib ki, səudiyyəlilərin sərhəd bölgələrində törətdikləri cinayətlər gündəlik olaraq və beynəlxalq ictimaiyyətin sükutunun kölgəsində baş verir.

O, əlavə edib ki, beynəlxalq təşkilatlar sərhəddə səudiyyəlilərin bu cinayətinin qarşısını almaq üçün heç bir tədbir görmür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

15 − twelve =