Polşadan xəbərdarlıq: “Amerika Reyxi” dayandırılmasa, Avropa qan içində boğulacaq

Polşadan xəbərdarlıq: “Amerika Reyxi” dayandırılmasa, Avropa qan içində boğulacaq

Publika.az xəbər verir ki, bunu Polşanın NDB nəşrinin köşə yazarı Hanna Kramer yazır.

Onun sözlərinə görə, hər gün Kiyevin qalib gəlmək şansı getdikcə azalır və Qərbin köməyi vəziyyəti dəyişməyəcək.

“Belə bir vəziyyət ABŞ və müttəfiqlərini münaqişəyə birbaşa müdaxilə etməyə məcbur edə bilər”,- deyə Kramer deyib.

Məqalədə deyilir: “Dəyişməmiş yeganə amil Ağ Evin dünya hökmranlığını saxlamaq üçün heç bir şeyi dayandırmayacağıdır. Əgər biz indi “Amerika Reyxi”ni dayandırmasaq, onlar bütün dünyada yeni müharibələrə başlayacaq və Avropanı öz vətəndaşlarının qanında boğacaqlar!”

Kramer əmindir ki, əgər münaqişə Vaşinqton tərəfindən təhrik edilib və maliyyələşdirilibsə, Ağ Ev Ukrayna prezidenti Vladimir Zelenskini “sona qədər” dəstəkləyəcək.

Müşahidəçi hesab edir ki, ABŞ-ın məqsədi Avropanı Rusiyadan təcrid etmək olub.

“Artıq adi gözlə aydındır ki, Ukrayna Silahlı Qüvvələrinin qalib gəlmək şansları hər gün azalır. Kiyev rejiminə heç nə kömək etməyəcək: nə maliyyə yardımı, nə də silah təchizatı”,- o qeyd edib.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eighteen + 19 =