ABŞ-da ilk dəfə məhkəmə sabiq prezidentə ittiham elan edəcək

ABŞ-da ilk dəfə məhkəmə sabiq prezidentə ittiham elan edəcək

Nyu-York məhkəməsinin hakimləri ABŞ-ın keçmiş prezidenti Donald Trampın aktrisa Stormi Danielsə 130 min dollar ödənilməsində iştirakı ilə bağlı ittiham aktı çıxarıb.

Bu barədə “Report” CNN-ə istinadən xəbər verir.

Qeyd edilir ki, ABŞ tarixində ilk dəfə keçmiş prezident cinayət məsuliyyətinə cəlb oluna bilər.

İttihamnamənin yaxın günlərdə rəsmən açıqlanacağı gözlənilir. Prokurorların o vaxta qədər Trampdan mühakimə olunmasını xahiş edəcəyi gözlənilir. Donald Trampın özü isə hələ vəziyyəti şərh etməyib.

Nyu-York məhkəməsinin hakimlər heyətinin Donald Trampa qarşı ittihamı yaxın günlərdə açıqlanacaq.

Təhqiqatçıların fikrincə, Stormi Daniels siyasətçi ilə iddia edilən əlaqəyə dair “sükut” üçün pul alıb. Manhetten prokuroru ödənişlərin 2016-cı il prezident seçkiləri kampaniyası üçün nəzərdə tutulan vəsaitdən edildiyindən şübhələnir.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

11 − two =