Türkiyə parlamenti Finlandiyanın NATO-ya qəbul ərizəsini təsdiqlədi

Türkiyə parlamenti Finlandiyanın NATO-ya qəbul ərizəsini təsdiqlədi

Finlandiyanın NATO-ya üzvlük protokolunun təsdiqi ilə bağlı qanun layihəsi Türkiyə Böyük Millət Məclisinin Baş Assambleyasında qəbul edilib.

Məlumata görə, təklifə 276 deputat müsbət səs verib. Beləliklə, Finlandiya alyansa daxil olmaq üçün hüquqi əsas əldə edib.

Xatırladaq ki, bundan öncə Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı qanun təklifi məclisin Xarici Əlaqələr Komitəsində qəbul edilmişdi.

Mənbə: Haber Global

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eight − 7 =