Yəməndə ərəb koalisiyası tərəfindən atəşkəs rejiminin pozulması davam edir

Yəməndə ərəb koalisiyası tərəfindən atəşkəs rejiminin pozulması davam edir

  Yəmən ordusunun Əl-Hədidə əyalətində atəşkəsin pozulmasına nəzarət etmək üçün yaradılan rabitə və koordinasiya əməliyyatları otağındakı mənbə təcavüzkar ərəb koalisiyasının atəşkəsi pozmasının davam etdiyini bildirib.

İRNA-nın Yəmənin “Əl-Məsirə” saytına istinadən verdiyi məlumata görə, bu mənbə bildirib ki, son 24 saat ərzində Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiyası atəşkəsi 71 dəfə pozub.

Bu xəbərə görə, Əl-Hədidədəki əməliyyat otağı Yəmənin Heys, Əl-Cəbəliyyə  dağlıq bölgəsinin hava məkanında kəşfiyyat xarakterli pilotsuz uçan aparatların 5 dəfə uçuş həyata keçirdiyini bildirib.

Həmçinin qeyd olunan ərazilərin hava məkanında işğalçı koalisiyasının qırıcıları tərəfindən 5 bombardıman həyata keçirildiyi və həmin ərazilərdə hərbi istehkamların yaradılması barədə məlumat verilib.

Bu mənbə qeyd edib ki, bu atəşkəs pozuntusuna təcavüzkarlar tərəfindən 7 artilleriya hücumu və 51 müxtəlif silahlardan atəş açmaq daxildir.

Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiyası BƏƏ də daxil olmaqla bir neçə ərəb ölkəsinin koalisiyası şəklində və ABŞ-ın yardımı və yaşıl işığı və sionist rejimin dəstəyi ilə 6 aprel 2015-ci ildən Yəmənə – ən yoxsul Ərəb ölkəsinə qarşı kütləvi hücumlara başlayıb.

7 il Yəmənə təcavüz edib minlərlə insanı qətlə yetirdikdən və ölkənin infrastrukturunu dağıtdıqdan sonra bu ölkələr nəinki məqsədlərinə nail olmadılar, əksinə Yəmən silahlı qüvvələrinin raket və pilotsuz təyyarələrinin onların ərazisinin dərinliklərinə endirdiyi zərbələrdən sonra atəşkəsi qəbul etməyə məcbur oldular.

Yəməndə ərəb koalisiyası tərəfindən dəfələrlə pozulan atəşkəs BMT-nin məsləhətləşmələrindən əvvəl bir dəfə uzadılıb. Bu atəşkəsin 2 aylıq uzadılması avqustun 11-də başa çatdı və sonra yenidən uzadıldı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

thirteen − ten =