İsrail təhlükəsizlik xidməti Ramazan ayının ikinci cümə günü baş verən hadisələrdən narahatdır

İsrail təhlükəsizlik xidməti Ramazan ayının ikinci cümə günü baş verən hadisələrdən narahatdır

250 min fələstinli ibadətçinin Ramazan ayının ikinci cüməsində Məscidül-Əqsada görünməmiş şəkildə iştirakından sonra “Haaretz” qəzeti Ramazan ayının ikinci cüməsini sionist rejimin təhlükəsizlik aparatı üçün mühüm və real sınaq hesab edib.

Mehr xəbər agentliyinin verdiyi məlumata görə, Haaretz-in hərbi analitiki Amos Hareil bildirib ki, Ramazan ayının ikinci cümə günü yəhudilərin Pasxa bayramını qeyd etmələri və mərasimləri ilə üst-üstə düşür.

Ona görə də Ramazan ayının əvvəlindən hər hansı bir hadisə ilə mübarizə aparmaq üçün hazır vəziyyətdə olan İsrailin təhlükəsizlik qurumları üçün bu, ciddi və vacib sınaq ola bilər.

Hareil İsrail təhlükəsizlik qurumlarının Ramazan ayı ərzində işğal olunmuş ərazilərdə gərginliyin və qarşıdurmaların artmasına hazırlaşdıqlarını, lakin İordan çayının qərb sahilində ilk həftənin demək olar ki, sülh şəraitində keçdiyini və bu məsələnin Qüds şəhəri və Əqsa məscidindəki vəziyyətə də təsir etdiyini diqqətə çatdırıb.

O, vurğulayıb ki, fələstinlilərin əksəriyyəti üçün Fitr bayramına qədər sülh vəziyyətinin qorunması prioritet məsələdir.

Bu sionist analitik daha sonra sionist rejimin daxili təhlükəsizlik naziri İtamar Ben Guerin yəhudilərin Pasxa bayramı münasibətilə Məscidül-Əqsaya hücumu ilə bağlı xəbərdarlıq edib.

Amos Hareil bildirib ki, Ben Guer bu bayramı səs-küy və mübahisəsiz keçirə bilməz.

Qeyd edək ki, dünən ən azı 250 min fələstinli ibadətçinin iştirakı ilə Əl-Əqsa məscidində mübarək Ramazan ayının ikinci cümə namazının qılınması sionist dairələrdə təşviş və qorxuya səbəb olub.

Fələstinli qruplar bu hadisəni Fələstin xalqının işğalçılar üzərində qəti qələbəsinin əlaməti hesab edərək vurğulayıblar ki, sionist rejimin son bir neçə onillikdə Qüds və onun kimliyini dəyişmək savaşında Qüdsün Fələstindən ayrılması səyləri və planları uğursuz olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 + seventeen =