Çin xəbər verdi: ABŞ dünya hökmranlığı yaradan bu “silah”ını itirir
Publika.az xəbər verir ki, bu barədə Çində yerləşən “Global Times” yazır.
GT müəllifləri qeyd ediblər ki, Birləşmiş Ştatlar təkcə özbaşına birtərəfli sanksiyalar tətbiq etməklə deyil, həm də monetar monopoliya vasitəsilə öz iqtisadi risklərini dünyanın qalan hissəsinin üzərinə atmaqla dollar hegemonluğunu silahlandırıb.
ABŞ, ölkənin bir çox strateqlərini və iqtisadçılarını narahat edən qaçılmaz son dollar tendensiyası yaradır.
Jurnalistlər ABŞ-ın Rusiyaya qarşı məhdudiyyətlərini Vaşinqtonun hegemon ambisiyalarının təzahürü adlandırıblar ki, bu da digər dövlətlərin Amerika valyutasından asılılığı azaltmaq istəyini artırır. Bu ölkələr ABŞ-ın “daha aydın və daha güclü” olan “pul məcburiyyətindən” qaçmaq üçün SWIFT sistemini əvəz etməyə çalışırlar.
Jurnalistlərin fikrincə, buna görə də Çin və Braziliya dollar şəklində vasitəçidən yan keçərək real və yuanla maliyyə və ticarət əməliyyatlarının həyata keçirilməsinə dair saziş imzalayıblar. “Tarix bizə öyrədir ki, hegemonluğun tənəzzülü çox vaxt onun valyutasından başlayır”, – deyə onlar yekunlaşdırıblar.
Publika.az