Fələstin müqaviməti: Hebron əməliyyatı Əl-Əqsa məscidindəki cinayətlərə cavabdır

Fələstin müqaviməti: Hebron əməliyyatı Əl-Əqsa məscidindəki cinayətlərə cavabdır

Həmas və İslami Cihad müqavimət hərəkatları 3 sionist əsgərin ağır yaralanması ilə nəticələnən şəhadət əməliyyatını alqışlayaraq, bu əməliyyatın işğalçıların Məscidül-Əqsada namaz qılanlara qarşı hücumlarına cavab olduğunu bildiriblər.

Müvəqqəti sionist rejiminin ordusu bazar günü səhər bir fələstinlinin Beyt Ömər bölgəsində əməliyyatı zamanı yaralanan 3 nəfərin əsgər olduğunu rəsmən təsdiqləyib.

Bu bəyanatda bildirilir ki, fələstinli sürücünün əməliyyatı sionist ordu əsgərlərinin cipinin İordan çayının qərb sahilinin şimalında Beyti-Ləhm və Hebron şəhərləri arasında aşmasına səbəb olub.

Sionist Ordu Radiosu əməliyyatın icraçısının şəhid olmasına işarə edərək onun Fələstin Muxtariyyətinin təhlükəsizlik xidmətlərindən birinin zabiti olduğunu bildirib.

Həmçinin, ibrani mediası sionist əsgərlərdən birinin başından güllə yarası aldıqdan sonra vəziyyətinin çox ağır olduğunu açıqlayıb.

HƏMAS-ın bəyanatında vurğulanıb: “Hebronun şimalında keçirilən əməliyyat işğalçıların Məscidül-Əqsada ibadət edənlərə qarşı cinayət və hücumlarına təbii cavabdır.”

Sionist qüvvələr şənbə günü Məscidül-Əqsa yaxınlığında işğalçıların hücumuna məruz qalan fələstinli qadını müdafiə etməyə çalışan gənc fələstinli kişini atəşə tutaraq öldürüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

thirteen − seven =