Cənində sionistlərlə Fələstin müqaviməti arasında silahlı qarşıdurma baş verib

Cənində sionistlərlə Fələstin müqaviməti arasında silahlı qarşıdurma baş verib

Bazar günü səhər xəbər mənbələri İordan çayının qərb sahilinin şimalında yerləşən Cenin şəhərinin cənubunda Fələstin müqavimət qüvvələri ilə sionist hərbçilər arasında şiddətli silahlı qarşıdurma olduğunu bildiriblər.

İRNA-nın “Fələstin Əl-Yəvm”ə istinadən verdiyi məlumata görə, sionist qüvvələrin Cəninin cənubunda yerləşən Qəbatiyyə qəsəbəsinə hücumundan sonra Fələstin müqavimət qüvvələri güllə və partlayıcı maddələr ataraq sionistlərlə qarşı-qarşıya gəlib.

Bu xəbərə əsasən, Fələstin müqavimət qüvvələri Hebronda sionist qəsəbəsi və sionist əsgərlərin Tulkərimdəki “Tsanuz” keçid məntəqəsini atəşə tutublar.

Digər tərəfdən, sionist əsgərlər Beyti-Ləhmin qərbində yerləşən Husan qəsəbəsində bir fələstinlinin evinə basqın ediblər.

Muti StatistikaMərkəzi bundan əvvəl məlumat vermişdi ki, Fələstin müqavimət qüvvələri ötən bir ay ərzində işğal altındakı İordan çayının qərb sahili və Qüdsdə sionistlərə qarşı 1177 əməliyyat keçirib və nəticədə 8 sionist həlak olub, 43 əsgər və mühacir yaralanıb.

Bu günlərdə işğal olunmuş ərazilərdə, xüsusilə İordan çayının qərb sahilində şərait çox pisləşib və fələstinli döyüşçülər sionistlərin saysız-hesabsız cinayətlərinə hər vasitə ilə cavab verirlər və bu, qəsbkar sionistlər üçün çıxılmaz vəziyyət yaradıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

14 − 12 =