Konqoda torpaq sürüşməsi nəticəsində azı 19 nəfər ölüb

Konqoda torpaq sürüşməsi nəticəsində azı 19 nəfər ölüb

Konqo Demokratik Respublikasında torpaq sürüşməsi nəticəsində azı 19 nəfər ölüb.

“Report” xəbər verir ki, bu barədə “Agence France-Presse” məlumat yayıb.

Hadisə Şimali Kivu vilayətinin kəndlərindən birində baş verib.

Yerli hakimiyyət orqanları bildirib ki, dağın ətəyində çayda paltar yuyan 25-ə yaxın uşaqlı qadın torpağın alıtında qalıb.

Agentliyin məlumatına görə, itkin düşənlərin axtarışları bazar ertəsi bərpa olunacaq.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one × one =