“Çelsi”nin baş məşqçisi istefaya göndərilib

“Çelsi”nin baş məşqçisi istefaya göndərilib

Londonun “Çelsi” futbol klubu Qrem Potterin komandanın baş məşqçisi postundan istefaya göndərildiyini açıqlayıb.

Bu barədə “Report” klubun rəsmi saytına istinadən xəbər verir.

“Qrem Potterin klubu tərk etdiyini elan edirik. O, klubun şərtləri ilə razılaşıb. Əməyinə görə ona təşəkkür etmək istəyirik və gələcəkdə uğurlar arzulayırıq”, – deyə məlumatda bildirilib.  “Çelsi”də baş məşqçi vəzifəsini Bruno Saltor icra edəcək.

Potter 2022-ci ilin sentyabrından “Çelsi”yə rəhbərlik edir və müqaviləsi 2027-ci ilin iyununun sonuna qədər idi.

47 yaşlı mütəxəssislə birlikdə “Çelsi” bütün yarışlarda 12 qələbə qazanıb, 11 məğlubiyyətlə üzləşib və 8 dəfə heç-heçə edib.

Komanda İngiltərə Premyer Liqasının (APL) turnir cədvəlində 28 oyundan 38 xalla 11-ci pillədə qərarlaşıb.

Klub həmçinin Çempionlar Liqasının 1/4 final mərhələsinə yüksəlib və “Real Madrid”lə qarşılaşacaq.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 × 3 =