Köpəkbalığı azyaşılını xəyalları ilə birlikdə parçaladı

Köpəkbalığı azyaşılını xəyalları ilə birlikdə parçaladı

Publika.az xəbər verir ki, bu barədə “Denver7” məlumat yayıb.

ABŞ-ın Kolorado ştatından olan Dillon Armijo böyük qardaşı ilə çimərlikdə oynayan zaman köpəkbalığı ona hücum edib.

Onun sözlərinə görə, balıq suya girəndə dizlərinə qədər onun ayağından yapışıb. Yaxınlıqda olan şəxs, eləcə də xilasedici və böyük qardaşı köməyə gələrək onu sahilə çıxarıblar.

Köpəkbalığı Dillonun iki sümüyünü sındırıb, sinirlərini, vətərlərini və menisküsünü zədələyib. Uşaq təcili olaraq yerli xəstəxanaya çatdırılıb və orada dörd gün qalıb. Sonra o, doğulduğu Kolorado ştatındakı başqa bir tibb müəssisəsinə köçürülüb.

Ağır xəsarətlər səbəbindən Dillon dörd əməliyyat keçirib. Onun tezliklə xəstəxanadan buraxılacağı gözlənilir. Oğlan fiziki müalicə kursu keçməli olacaq, bundan sonra yenidən yeriyə biləcək.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fourteen − 11 =