Rusiya XİN: Trampın həbsi liberal ideologiyada böhrandan xəbər verir

Rusiya XİN: Trampın həbsi liberal ideologiyada böhrandan xəbər verir

Növbəti seçkilərdə iştirak etmək ambisiyalarını açıq şəkildə bəyan edən ABŞ-ın keçmiş Prezidenti Donald Trampın həbsi liberal ideologiyada böhrandan xəbər verir.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Sputnik” radiosunun efirində bildirib

 “Buna liberalizmin böhranı deyilir. Bu, tamamilə azad elan edilən, insan hislərinin, ehtiraslarının ifadəsini heç bir şəkildə məhdudlaşdırmayan, büt səviyyəsinə yüksəldilmiş bir sistemin özünü yeməsi və ya inkar etməsidir”, – Zaxarova vurğulayıb.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twelve − nine =