2023-cü ilin əvvəlindən 2200 fələstinli sionistlər tərəfindən həbs edilib

2023-cü ilin əvvəlindən 2200 fələstinli sionistlər tərəfindən həbs edilib

Fələstinli qeyri-hökumət təşkilatı bu ilin əvvəlindən İsrail qüvvələrinin 2200-ə yaxın fələstinlini həbs etdiyini açıqlayıb.

  Fələstinli qeyri-hökumət təşkilatı çərşənbə günü elan edib ki, müvəqqəti sionist rejim qüvvələri bu ilin əvvəlindən bu yana 2200-ə yaxın fələstinlini həbs edib.

 “Anadolu” xəbər agentliyinin məlumatına görə, “Fələstin Məhbuslar Dərnəyi” bəyanat yayaraq Şərqi Qüdsdə məhbusların yarısının sionistlər tərəfindən əsir götürüldüyünü açıqlayıb.

Bu hesabata görə, son aylarda İsrail rejiminin Fələstin şəhərlərinə təkrar hücumları fonunda Şərqi Qüds də daxil olmaqla işğal altındakı İordan çayının qərb sahilində gərginlik artıb. Statistikaya əsasən, bu ilin əvvəlindən 90-dan çox fələstinli sionist əsgərlərin atəşə tutması nəticəsində şəhid olub.

Bu hesabat işğalçı rejim ordusunun son günlər öz qüvvələrini hazır vəziyyətə gətirdiyinə və onlarla fələstinlini həbs etdiyinə işarə edir.

Son məlumata görə, sionist hərbçilər çərşənbə günü səhər Əl-Qəbli məscidi daxilində zəvvarlara hücum edərək, zəvvarları məsciddən çıxarmağa çalışıblar. Məlumata görə, işğalçı Qüds rejiminin əsgərləri məscidə daxil olmazdan əvvəl, Əl-Qəbli məscidinin şüşələrini sındırıb və səs bombaları atıblar.

  Bu hücumda 400 fələstinli həbs edilib, onlarla fələstinli yaralanıb. Bu hücumun video və görüntüləri dünya mediasında böyük səs-küyə səbəb olub və Səudiyyə Ərəbistanı, Misir, Qətər və İordaniya da daxil olmaqla bəzi ərəb ölkələrinin qınaması ilə müşayiət olunub.

Bu yeni hücum və gərginlik yəhudilərin bu gündən etibarən Pasxa bayramını qeyd etməyə hazırlaşdıqları vaxtda baş verib. İşğal olunmuş Fələstin ərazisində vəziyyətin günü-gündən gərginləşdiyi bir vaxtda və bu ilin əvvəlindən fələstinlilər əvvəlkindən daha çox silahlı müqavimətə üz tutublar.

Digər tərəfdən, Qəzzədə müqavimət qüvvələri bu gün sübh çağında sionistlərin Məscidül-Əqsada zəvvarlara qarşı vəhşicəsinə hücumlarına cavab olaraq, Qəzzə ətrafındakı sionist yaşayış məntəqələrinə çoxlu raketlər atıblar. İbrani KİV-lərinin məlumatına görə, Qəzzədən yaşayış məntəqələrinə doğru 20-yə yaxın raket atılıb, onlardan biri “Sadirut”dakı fabrikə düşüb və maddi itkilərə səbəb olub

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 × one =