ABŞ Asiyanı qan gölünə çevirəcək -Gizli plan ifşa oldu

ABŞ Asiyanı qan gölünə çevirəcək -Gizli plan ifşa oldu

Publika.az xəbər verir ki, bu barədə rusiyalı iqtisadçı ekspert Mixail Xazin bildirib.

Onun sözlərinə görə, hazırda Amerikanın əsas geosiyasi məqsədlərindən biri Şərqi Asiyada bir sıra hərbi münaqişələrin başlanmasına hazırlaşmaqdır. Ekspert hesab edir ki, onların əsas vəzifəsi Çinin mövqeyini tədricən zəiflətməkdir.

Xazin izah edib ki, ABŞ əmin olmaq istəyir ki, Çin öz məhsullarını Avropaya təhlükəsiz çatdırmaq imkanını itirsin. Bu yolda çoxlu kiçik müharibələrin yaranması Çin mallarının Avropa qitəsinə tranzitini son dərəcə çətinləşdirəcək.

Xazinin fikrincə, amerikalılar Çini Cənubi Çin dənizi istiqamətindən “bağlamaq” niyyətindədirlər, burada onlar dost olmayan dövlətlərin geniş qövsünü təşkil edərək, “Səma İmperiyası”nın həqiqi dəniz blokadasını təşkil etməyi planlaşdırırlar.

“Birləşmiş Ştatlar artıq Avropanı uğurla alovlandırıb, indi onlar Asiyanı da alovlandırmalıdırlar”, – deyə iqtisadçı izah edib.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four + five =