KRİTİK GƏLİŞMƏ: Belarus onlarla tankı bu ölkə ilə sərhədə yığdı

KRİTİK GƏLİŞMƏ: Belarus onlarla tankı bu ölkə ilə sərhədə yığdı

Bu barədə Publika.az “Беларускі Гаюн” monitorinq qrupuna istinadlaxəbər verir.

Bildirilib ki, Belarus Respublikası Silahlı Qüvvələrinin azı 20 texnikası olan eşelon bu gecə Litva ilə sərhəddən 9 km aralıda yerləşən Qudoqay dəmir yolu stansiyasına gəlib.

Monitorinq qrupunun məlumatına görə, eşelondakı texnikalar arasında ən azı 10-15 ədəd T-72B/B3 tankı, həmçinin zirehli transportyor, BMP və MT-LB gəlib.

Qeyd edilib ki, Belarus Respublikası Silahlı Qüvvələrinin Urucçi rayonunda (Minsk) yerləşən 120-ci briqadasının texnikası aşıb.

Xatırladaq ki, Belarusda Rusiya ilə birgə hərbi təlimlərin bərpa olunduğu barədə məlumatlar var.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three × 1 =