İran və Fransa xarici işlər nazirləri Pekində regional məsələləri müzakirə edib

İran və Fransa xarici işlər nazirləri Pekində regional məsələləri müzakirə edib

İran və Fransa xarici işlər nazirləri Pekində görüşüb.

APA xəbər verir ki, bu barədə İran XİN “Twitter” səhifəsində məlumat paylaşıb.

Bildirilib ki, Pekində səfərdə olan İran xarici işlər naziri Hüseyn Əmir-Abdullahian aprelin 6-sı axşam fransalı həmkarı Katerin Kollona ilə görüşüb.

Görüşdə ikitərəfli, regional və beynəlxalq məsələlərin, habelə konsulluq məsələlərinin müzakirə edildiyi bildirilir.

Fransa xarici işlər naziri Katrin Kolonna iranlı həmkarı ilə görüş zamanı 6 fransız məhbusu dərhal sərbəst buraxmağı tələb edib. Nazir İran hökumətinin addımlarının narahatlıq doğurduğunu bildirib.

Qeyd edək ki, İran xarici işlər naziri Səudiyyə Ərəbistanının xarici işlər naziri ilə görüş üçün Çində səfərdədir, onlar arasında görüş aprelin 6-da baş tutub. Fransa xarici işlər naziri isə Prezident Makronun Pekinə səfərində onu müşayiət edir.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

thirteen + seven =