Bu gün də işğal olunmuş ərazilər Netanyahuya qarşı etirazlara səhnədir

Bu gün də işğal olunmuş ərazilər Netanyahuya qarşı etirazlara səhnədir

Sionist mənbələr bu gün də işğal olunmuş ərazilərin Benyamin Netanyahunun Nazirlər Kabinetinin məhkəmə islahatlarına qarşı etirazlara səhnə olduğunu elan ediblər.

  Sionist “Haaretz” qəzetinin məlumatına görə, artıq 14-cü həftədir ki, etirazçılar sionist rejimin baş nazirinin ifrat sağçı kabinetinin ziddiyyətli və ifrat siyasətlərinə qarşı küçələrə çıxırlar.

İşğal olunmuş Fələstində kütləvi etirazlardan sonra xəbər mənbələri bu rejimin baş nazirinin məhkəmə islahatları planını yaya qədər təxirə salmağa razılaşdığını açıqlasa da, Netanyahu ötən cümə axşamı gecəsi bütün müxalifətə baxmayaraq, məhkəmə islahatının aparıldığını açıqladı.

Netanyahu televiziya ilə çıxışında deyib: “Geniş razılığa gəlmək və israillilər arasında çoxsaylı parçalanmadan qaçmaq üçün Knessetin məhkəmə dəyişiklikləri qanunu ilə bağlı səsverməsini dayandırmaq qərarına gəldim.”

O, hökumətün məhkəmə dəyişikliklərini təxirə salacağını, lakin bundan heç vaxt vaz keçməyəcəyini vurğulayıb.

Bununla belə, siyasətçilər və müşahidəçilər Netanyahunun məhkəmə dəyişiklikləri ilə bağlı səsverməni təxirə salmaq niyyətini şübhə altına alıblar və deyiblər ki, o, artan etirazlar və İsrail rejiminə zərbə vuran hərbi fərarilik fonunda qanunu dayandırmağa çalışır.

Ötən həftələrdə işğal olunmuş Fələstinin şimalından cənubuna qədər onlarla şəhərlər, o cümlədən Tel-Əviv, Hayfa, işğal olunmuş Qüds, Birus-Səbə, Rishon Letzion və Herzliya Netanyahunun ifrat sağçı kabinetinə qarşı nümayişlərə səhnə olub.

Bu nümayiş Netanyahunun başçılıq etdiyi ifrat sağçılar kabinetinin koalisiyası ilə sionist rejimin keçmiş baş naziri Yair Lapidin başçılıq etdiyi müxalifət fraksiyası arasında şiddətli qarşıdurmanın kölgəsində keçirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

nineteen − 6 =