Bakıda usta 20-ci mərtəbədən yıxıldı
Bakıda dəhşətli hadisə baş verib.
BAKU.WS lent.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsində yerləşən şirkətlərdən birinə məxsus tikilməkdə olan binada baş verib.
Orada usta işləyən 51 yaşlı Məcnun Mənsur oğlu Bayramov 20-ci mərtəbədən yıxılaraq ölüb.
Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.
BAKU.WS