Yaponiya Rusiya və Çinin sərhəddə birgə hərbi fəaliyyətindən narahatlığını bildirib

Yaponiya Rusiya və Çinin sərhəddə birgə hərbi fəaliyyətindən narahatlığını bildirib

Yaponiya Rusiya Federasiyası və Çin Xalq Respublikasının silahlı qüvvələrinin onun sərhədləri yaxınlığında birgə hərəkətlərindən ciddi narahatdır.

APA xəbər verir ki, belə bir qiymətləndirmə Yaponiya Xarici İşlər Nazirliyinin (XİN) dərc olunmuş illik hesabatında yer alıb.

 “Çin və Rusiya silahlı qüvvələrinin Yaponiya sərhədləri yaxınlığında birgə hərəkətləri Yaponiyanın təhlükəsizliyi baxımından ciddi narahatlıq yaradır”, – məlumatda deyilir.

Qeyd edilib ki, son illər Rusiya və Çin hərbi sahədə əməkdaşlığı gücləndirir, birgə təlimlər keçirir və Yaponiya yaxınlığında bombardmançı təyyarələrin və gəmilərin iştirak etdiyi ərazilərdə patrul edir.

Əvvəllər Rusiya Müdafiə Nazirliyi dəfələrlə bu cür təlimlərin və patrulların beynəlxalq hüququn müddəalarına uyğun olaraq həyata keçirildiyini və xarici dövlətlərin hava məkanının pozulmasına yol vermədiyini dəfələrlə vurğulayıb.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

16 − sixteen =