Lavrov: “Şimal-Cənub” nəqliyyat dəhlizi fəal şəkildə həyata keçirilir”

Lavrov: “Şimal-Cənub” nəqliyyat dəhlizi fəal şəkildə həyata keçirilir”

“Şimal-Cənub” nəqliyyat dəhlizi fəal şəkildə həyata keçirilir”.

“Report”un Rusiya bürosu xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qazaxıstanın XİN rəhbəri Murat Nurtleu ilə görüşündə deyib.

“Şimal-Cənub” fəal şəkildə həyata keçirilir. Onun tamamlanmasından sonra Baltik dənizi ilə Fars körfəzi, Hind okeanı arasında sürətli və sabit əlaqə yaranacaq ki, bu da Avrasiya qitəsində ticarət xərclərini əhəmiyyətli dərəcədə azaltmağa imkan verəcək”, – Rusiyanın xarici işlər naziri bildirib.

Lavrov həmçinin Xəzəryanı ölkələr arasında əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini qeyd edib:

“Xəzər regionunda əsas vəzifə kimi 6-cı Xəzər Sammiti və 2-ci Xəzər İqtisadi Forumu nəticəsində imzalanmış beştərəfli sazişlərin tezliklə həyata keçirilməsini görürük. Hesab edirik ki, Xəzər ətrafında yerləşən 5 ölkənin xarici işlər nazirləri arasında mütəmadi görüşlərin keçirilməsi regionda əməkdaşlığın dərinləşməsinə töhfə verəcək”, – Rusiya XİN rəhbəri bildirib.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

20 − seven =