Fələstin müqavimət qüvvələri sionistlərə qarşı 20 əməliyyat keçirib

Fələstin müqavimət qüvvələri sionistlərə qarşı 20 əməliyyat keçirib

Xəbər mənbələri çərşənbə günü səhər Fələstin müqavimət qüvvələrinin son 24 saat ərzində İordan çayının qərb sahilində sionistlərə qarşı 20 əməliyyat keçirdiyini bildirib.

Bu xəbərə əsasən, Fələstin müqavimət qüvvələri İordan çayının qərb sahili və işğal olunmuş Qüdsün müxtəlif bölgələrində sionist qüvvələrə güllə və partlayıcı maddələr ataraq onlarla qarşı-qarşıya gəliblər.

Bu məlumtda əlavə edilir ki, müqavimət qüvvələrinin əməliyyatları Ramullah, Nablus, Qüds, Yerixo, Tulkərim, Qəlqəliyyə, Cənin və Beyti-Ləhm şəhərlərində keçirilib və müqavimət qüvvələri sionistlərin hücumlarına cavab verib.

Muti Mərkəzinin məlumatına görə, Fələstin müqavimət qüvvələrinin İordan çayının qərb sahilində keçirdiyi əməliyyatlarda 3 sionist əsgər yaralanıb.

Bu günlərdə işğal olunmuş ərazilərdə, xüsusilə İordan çayının qərb sahilində şərait çox xüsusidir və fələstinli döyüşçülər sionistlərin saysız-hesabsız cinayətlərinə hər vasitə ilə cavab verirlər ki, bu da qəsbkar sionistlər üçün şıxılmaz vəziyyət yaradıb.

Bundan əvvəl sionistlər yalnız işğal olunmuş ərazilərin cənubunda və Qəzzə bölgəsində fələstinlilərlə vuruşurdular, indi isə Fələstinin şərqində İordan çayının qərb sahili gəncləri də cəsarətli şəkildə sionistlərlə döyüşür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

13 + 7 =