Əl-Məyadin: İranlı nümayəndə heyəti Səudiyyə Ərəbistanına gəlib

Əl-Məyadin: İranlı nümayəndə heyəti Səudiyyə Ərəbistanına gəlib

Əl-Məyadin kanalı İran nümayəndə heyətinin Səudiyyə Ərəbistanına gəldiyini açıqlayıb.

İRNA-nın bu gün (çərşənbə) verdiyi xəbərə görə, Əl-Məyadin şəbəkəsi məlumatlı mənbələrə istinadən xəbər verib ki, İran nümayəndə heyəti Tehranın səfirlik və konsulluğunun yenidən açılmasına hazırlıq üçün ölkəyə gəlib.

Bu arada, Səudiyyə Ərəbistanı hökumətinin nümayəndə heyəti dünən (çərşənbə axşamı) günortadan sonra İran İslam Respublikası ilə əlaqələrin bərpasına dair iclas keçirib və bu mövzuda əldə olunmuş razılaşmaların həyata keçirilməsini vurğulayıb.

Bu yaxınlarda Səudiyyə Ərəbistanından texniki heyət də bu ölkənin Tehrandakı səfirliyinin və Məşhəddəki konsulluğunun yenidən açılmasına hazırlıq məqsədilə İrana səfər etmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

8 + 9 =