Rusiya MN: Baltik dənizi üzərində Almaniya HHQ-nin təyyarəsi geri qaytarılıb

Rusiya MN: Baltik dənizi üzərində Almaniya HHQ-nin təyyarəsi geri qaytarılıb

Rusiya Müdafiə Nazirliyi çərşənbə günü, aprelin 12-də Baltik dənizi üzərində Almaniyanın döyüş təyyarəsi olan “R-3C Orion”un tutulduğunu elan edib.

APA-nın xəbərinə görə, bu barədə nazirlik rəsmi Telegram kanalında məlumat yayıb.

 “Hava hədəfinin müəyyən edilməsi və Rusiya Federasiyasının dövlət sərhədinin pozulmasının qarşısının alınması məqsədilə Qərb Hərbi Dairəsinin Hava Hücumundan Müdafiə Qüvvələrinə məxsus Su-27 qırıcısı havaya qaldırılıb. Rusiya qırıcısının ekipajı hava hədəfinin Almaniya Hərbi Dəniz Qüvvələrinin “R-3C Orion” baza patrul təyyarəsi olduğunu müəyyən edib.

Qeyd olunur ki, alman patrul təyyarəsi dövlət sərhədinə yaxınlaşıb, lakin rus qırıcısının hərəkətləri səbəbindən geri dönmək məcburiyyətində qalıb. Sərhəd pozuntusu qeydə alınmayıb.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twenty − 13 =