Hizbullah rəsmisi: İmam Xomeyni (r.ə) Qüds Gününü elan etməklə İsrailin varlığını sarsıtdı

Hizbullah rəsmisi: İmam Xomeyni (r.ə) Qüds Gününü elan etməklə İsrailin varlığını sarsıtdı

Livanın Hizbullah hərəkatının İcra Şurasının rəhbəri sionist rejimin baş nazirinə xəbərdarlıq edərkən deyib: Beynəlxalq Qüds Gününün elanı ilə düşmən İsrail öz varlığının sarsıldığını hiss edib.

  Livanın Hizbullah hərəkatının İcra Şurasının rəhbəri Seyid Haşim Səfiəyəddin bu gün axşam (çərşənbə günü) “Qüds qalxanı” proqramında İsrailin baş naziri Binyamin Netanyahuya xəbərdarlıq edib.

 “Əl-Əhd” və “Əl-Elamul-hərbiy” saytlarının məlumatına görə, Hizbullahın İcra Şurasının sədri deyib: “İmam Xomeyni Ramazan ayının sonuncu cüməsinin Beynəlxalq Qüds Günü olduğunu elan edəndə, İslamın düşməni İsrail varlığının sarsıldığını hiss etdi.”

Onların rəsmiləri İranda baş verənlərin bölgəni silkələyən zəlzələ olduğunu bildiriblər. İmam Xomeyni inqilab və siyasətlərində, eləcə də inqilabi tədbirlərdə işğal altındakı Fələstinə üstünlük verib və hamını işğal olunmuş torpaqların azad edilməsi üçün toplanmağa səsləyib

Seyid Haşim Safiyəddin əlavə etdi: “İmam Xomeyni Qüdsü azad etməyin yolunu təyin etdi və bu, silahlı qarşıdurma yolu idi. O, Qüdsün təkcə fələstinlilərə aid olmadığını, əksinə dünyanın bütün müsəlmanlarına və azad insanlarına məxsus olduğunu bildirib.

İran İslam Respublikası Fələstin idealına nisbətdə tutduğu mövqeyinin nəticələrini qəbul edib, ərəb dünyası və İslam dünyasındakı müqavimət hərəkatlarını dəstəkləyib.”

O, həmçinin bəyan edib: “44 ildən sonra müqavimət bu gün də davam edir və diqqəti Fələstin məsələsindən yayındırmaq cəhdlərinə, eləcə də Amerikanın başında olduğu blokada və münaqişələrə baxmayaraq, müqavimətin əlamətləri açıq şəkildə görünür.

44 ildən sonra sionist rejim tamamilə sarsıldı və titrədi, çünki müqavimət qüvvələrinin əllərində İsraili məhv etmək üçün raketlər var və onların arxasında oyaq və güclü bir xalq durub.”

Hizbullahın İcra Şurasının rəhbəri sözlərinin başqa bir hissəsində qeyd edib: “Müqavimətin bütün imkanları, təcrübələri və resursları İsrailin tələsdiyi böyük mübarizə üçün toplanıb, təbii ki, biz də həmin müharibəyə tələsirik.

“Ey Netanyahu, nəyə əl atsan, onun cavabının bütün döyüş meydanlarında hazır olduğunu görəcəksən.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

seventeen + one =