Fələstinli gənclər İsrailın hərbi qülləsini yandırıb

Fələstinli gənclər İsrailın hərbi qülləsini yandırıb

Fələstin mediası fələstinli gənclərin işğal altındakı Qüds şəhərində sionist rejimin hərbi qülləsini yandırması barədə məlumat yayıb.

Məlumata görə, fələstinli gənclər işğal altında olan Qüds şəhərində Şuəfat düşərgəsi yaxınlığında sionist rejimin hərbi qülləsini yandırıblar.

Qüds şəhərindəki fələstinli mənbələr fələstinli gənclərin Şuəfat düşərgəsi yaxınlığındakı sionist rejimin hərbi qülləsinə yandırıcı maddələr ataraq yanğın törətdiklərini bildiriblər.

 “Sahab News” saytının məlumatına görə, Qüdsün köhnə hissəsində fələstinli gənclərlə sionist əsgərlər arasında toqquşma baş verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 × 5 =