Yəmən rəsmisi: Fələstin hadisələri Qüds günü yürüşünün əhəmiyyətini ikiqat artırıb

Yəmən rəsmisi: Fələstin hadisələri Qüds günü yürüşünün əhəmiyyətini ikiqat artırıb

Yəmənin Milli Qurtuluş Hökumətinin media rəsmisi İRNA ilə söhbətində vurğulayıb: Fələstin torpağındakı hazırkı hadisələr Ümumdünya Qüds Günü yürüşündə iştirakın əhəmiyyətini ikiqat artırıb.

 Nəsirəddin Amir İRNA-nın müxbiri ilə müsahibədə deyib: Bu il Ümumdünya Qüds Gününün əhəmiyyəti keçmişdəkinn daha önəmlidir.

O, əlavə edib: İmam Xomeyni (r.ə) tərəfindən Beynəlxalq Qüds gününün elan olunması Quranın nəzərinə əsaslanıb və Allah onu müvəffəq edib ki, hər il Beynəlxalq Qüds Gününün keçirilməsi ilə Fələstinə dəstək olsun və onu Allahın düşmənləri ilə döyüşmək üçün bir fürsətə çevirsin.

Yəmən Dövlət Xəbər Agentliyinin (Səba) İdarə Heyətinin sədri deyib: Ümumdünya Qüds Günü çox mühüm mənəvi, dini və səfərbərlik hadisəsidir ki, yalnız İslam Respublikası və İran xalqı ilə məhdudlaşmır.

Əksinə, bu gün bütün İslam ümmətinə və dünyanın azadlıqsevərlərinə məxsusdur.

O, sionistlərin müsəlmanlar arasında təfriqə yaratmaq üçün münafiqlərdən istifadə etmək cəhdinə toxunaraq deyib: Düşmənlər müxtəlif yollarla, o cümlədən cinayətkar və saxta İsrail rejimi ilə münasibətləri normallaşdırmaqla Fələstin idealını məhv etməkdə münafiqlərdən ciddi şəkildə istifadə edirlər.

Amir həmçinin, son vaxtlar sionistlərin Məscidül-Əqsada oruc tutan fələstinli ibadətçilərə qarşı törətdikləri cinayətlərə işarə edərək əlavə edib: Sionist düşmənin İslam ümmətinin xainlərindən istifadə etmək cəhdi və işğal olunmuş ərazilərdəki son proseslər Ümumdünya Qüds Günü proqramlarında və yürüşlərində iştirak etmək məsələnin əhəmiyyətini göstərir.

O deyib: Yəmən xalqı uzun illərdir ki, Qüds Gününü qeyd edir və bu gün bu ölkənin ən görkəmli, şərəfli və izdihamlı hadisələrindən birinə çevrilib.

Amir davam edib: Müharibə və mühasirəyə baxmayaraq, Yəmən xalqı Qüds günündə küçələrə çıxaraq bu ölkənin 25 əsas şəhərində yürüş keçirəcək.

İntifazə və Beynəlxalq Qüds Günü qərargahının rəhbəri general Ramazan Şərif daha əvvəl bildirmişdi ki, bu ilki Beynəlxalq Qüds Günü yürüşü Ramazan ayının 23-ü, cümə günü keçiriləcək

və “Fələstin İslam dünyasının vəhdənin əsas oxudur; “Qüds azadlıq astanasında” kimi şüarlar o günün əsas şüarı seçilib.

Sionist qüvvələr Məscidül-Əqsada fələstinlilərə qarşı yeni zorakılıq mərhələsinə başlayıblar və ötən həftə çərşənbə günü səhər saatlarında Əl-Qəbli məscidinin içərisində zəvvarlara hücum edib və ibadət edənləri məsciddən qovmağa çalışıblar.

Sionistlərin bu hücumunda 200-dən çox fələstinli ibadətçi yaralanıb, 400 nəfər isə həbs edilib.

Ötən çərşənbə günündən etibarən Əl-Əqsa məscidi sionist silahlı qüvvələri ilə məsciddə ibadət edən fələstinlilər arasında qarşıdurma və gərginliyin şahidi olub.

Fələstin müqavimət qrupları sionist rejimin bu hücumları və cinayətlərinə cavab olaraq Qəzzə zolağının sərhədi ətrafındakı və işğal olunmuş ərazilərin şimalındakı sionist yaşayış məntəqələrini bir neçə dəfə raketlərlə hədəfə alıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 × three =