Norveç Rusiya səfirliyinin 15 əməkdaşını “persona non qrata” elan edib
Norveç hökuməti Rusiyanın bu ölkədəki səfirliyinin 15 əməkdaşını “persona non qrata” elan edib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Norveç Xarici İşlər Nazirliyindən bildirilib.
Qeyd olunub ki, buna səbəb həmin əməkdaşların diplomatik statuslarına uyğun olmayan fəaliyyətlə məşğul olmalarıdır.
Report.az