Anti-terror əməliyyatı keçirilə bilər?- Sabiq briqada komandiri AÇIQLADI
“Azərbaycan Ordusunun vəzifəsi öz torpaqlarını qorumaq, hər hansı təxribata və ya sərhədlərimizə olan müdaxiləyə layiqli cavab verməkdir”.
Bu sözləri BAKU.WS-ə açıqlamasında ehtiyatda olan polkovnik, sabiq briqada komandiri Şair Ramaldanov bildirib.
Hərbi ekspertin sözlərinə görə, düşmən tərəfindən Azərbaycan maraqlarına və torpaqlarına hər hansı təhlükə yaranarsa, adekvat cavab veriləcək:
“Azərbaycan ərazisində hələ də terrorçular qalır. İkitərəfli bəyannamənin 4-cü bəndi yerinə yetirilmir və hələ də qanunsuz silahlı dəstələr Azərbaycan ərazisində var. Azərbaycan hər an anti-terror əməliyyatı keçirə və bununla da terrorçuları tərk-silah edə bilər. Mövcud vəziyyəti nəzərə alsaq, Qarabağ iqtisadi zonasından qanunsuz silahlıların çıxarılma əməliyyatı olacaq. Əgər sərhədlərimizə düşmən tərəfdən hər hansı istiqamətdən təxribatlar olarsa, qətiyyətli cavab veriləcək”.
BAKU.WS