Həniyyə: Bu gün Məscidül-Əqsada etikaf cihaddır

Həniyyə: Bu gün Məscidül-Əqsada etikaf cihaddır

HƏMAS hərəkatının siyasi bürosunun rəhbəri Beynəlxalq Qüds Günü münasibəti ilə çıxışında bildirib ki, bu gün bütün Fələstin xalqı “Ərinəl-Usud” müqavimət qrupunun üzvüdür.

HƏMAS hərəkatının siyasi bürosunun rəhbəri İsmayıl Həniyyə bu gün (cümə axşamı) Beynəlxalq Qüds günü münasibəti ilə etdiyi çıxışda sionist rejimin mütləq Fələstini tərk edəcəyini bildirib.

Əl-Məyadin saytının məlumatına görə, İsmayıl Həniyyə deyib: “Biz bir daha İmam Xomeyni (r.ə) tərəfindən təsis edilən və İslam ümmətinin ordularının Allahın Rəsulu (s) ilə əhd-peymanlarını yenilədiyi Ümumdünya Qüds Gününü möhtərəm hesab edirik.”

Sionistlərin kameralar qarşısında açıq şəkildə Məscidül-Əqsanın ehtiramını pozduğunu bildirərək, Məscidül-Əqsanın sionistlərin və bu müqəddəs məkanı zaman və məkan bölgülərinə ayırmaq istəyn dünya güclərinin qarşısında dayandığını bildirib.

Məscidül-Əqsada bugünkü etikafın cihad olduğunu vurğulayan İsmayıl Həniyyə sionist rejimlə döyüşlə bağlı üç əsas dəyişikliyin müşahidə edildiyini qeyd edib.

O deyib: Birinci dəyişiklik budur ki, İordan çayının qərb sahili müqaviməti ilə aktivləşib, Fələstin xalqı daxildə və xaricdə Qüds və Məscidül-Əqsanın müdafiə səngərinə çevrilib.

İkinci dəyişkənlikə əlaqədar olaraq HƏMAS-ın siyasi ofisinin rəhbəri sionist rejimin siyasi infrastrukturunun ikitirəliyi, ixtilafı və süqutuna işarə edib.

Üçüncü dəyişikliyə gəlincə, o, həmçinin bildirib ki, yeni beynəlxalq nəzm formalaşır və yeni qütblər yüksəlir, digər qütblər dağılır və bu da Amerikanın qlobal səviyyədə təsirinin azalmasından xəbər verir.

Həniyyə əlavə edib: Bu dəyişikliklərə əsaslanaraq deyirik ki, biz irəli mövqedəyik və İsrail bütün Fələstindən geri çəkiləcək.

O, sonda İordan çayının qərb sahilindəki müqavimət gəncləri və “Ərinəl-Usud” müqavimət qruplaşmasına salam göndərib və deyib: “Bütün Fələstin Ərinəl-Usuddur”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two × 4 =