MDB Xarici İşlər Nazirləri Şurasının növbəti iclası Bişkekdə keçiriləcək
Müstəqil Dövlətlər Birliyinin (MDB) Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) növbəti iclası oktyabrın 12-də Qırğız Respublikasının paytaxtı Bişkek şəhərində keçiriləcək.
“Report” Özbəkistan mətbuatına istinadən xəbər verir ki, bu barədə MDB-nin baş katibi Sergey Lebedev Şuranın Səmərqənddə keçirilən geniş tərkibli iclasında məlumat verib.
“Məhdud tərkibdə keçirilən görüşdə növbəti iclasın 2023-cü il oktyabrın 12-də Bişkekdə keçirilməsi qərara alınıb”, – Lebedev bildirib.
Xatırladaq ki, tədbirdə Azərbaycanı xarici işlər nazirinin müavini Xələf Xələfov təmsil edir.
Report.az