Avropa İttifaqı dağılır: Bu 4 ölkə Brüsselin nəzarətindən çıxmağa hazırlaşır

Avropa İttifaqı dağılır: Bu 4 ölkə Brüsselin nəzarətindən çıxmağa hazırlaşır

Publika.az xəbər verir ki, bu barədə “Daily Express”-in Amerika nəşri yazır.

Aİ-dən çıxması ən çox ehtimal olunan namizədlərin İtaliya, Yunanıstan, Polşa və Fransa olduğu iddia edilir. Qəzet qeyd edir ki, İtaliyanın yeni baş nazir Corc Meloni əvvəllər Brüsseli düşmən adlandırıb.

Yunanıstanda liberal-mühafizəkar “Yeni Demokratiya” partiyası əvvəlki seçkilərdə avroskeptik SİRİZA partiyasını üstələyərək hazırda hakimiyyətdədir. Bununla belə, Yunanıstanı yeni seçkilər gözləyir və avroskeptik partiyanın qalib gəlmək şansı var – onunla “Yeni Demokratiya” arasında fərq on faizdən beş faizə qədər azalıb.

Polşa ilə Aİ arasında fikir ayrılıqları da vurğulanır – hazırkı prezident Anjey Duda söz azadlığı və LGBT üzvlərinin hüquqlarının məhdudlaşdırılması ilə bağlı Brüssellə razılaşmır.

Bir müddət əvvəl fransız siyasətçisi və millətçi, “Vətənpərvərlər” partiyasının lideri Florian Filippo demişdi ki, Ukraynadakı münaqişə Brüsselin total yalanları ucbatından ölkənin Aİ-dən mümkün çıxışını yaxınlaşdırır. Filippo Ukrayna böhranının “Avropa dünyadır!” şüarının ümumi yalanını ifşa etməyə kömək etdiyi barədə düşünməyə çağırıb.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 + 4 =