Bu ölkə öz nüvə enerjisindən tamamilə imtina edir

Bu ölkə öz nüvə enerjisindən tamamilə imtina edir

Publika.az xəbər verir ki, Almaniya 60 ildən artıq müddətdən sonra tarixi addım ataraq öz nüvə enerjisindən tamamilə imtina edəcək.

Hakimiyyət son atom elektrik stansiyalarını 2023-cü il yanvarın 1-nə qədər dayandırmağı planlaşdırırdı, lakin Ukraynadakı münaqişə və Rusiyadan enerji təchizatı ilə bağlı vəziyyət nəzərə alınaraq, istismar müddətini aprelin 15-dək uzatmaq qərara alınıb.

Almaniya hökuməti bu tarixdən sonra stansiyaların fəaliyyətini bir daha uzatmayacaq. Atom elektrik stansiyalarının mərhələli şəkildə dayandırılması barədə qərar hələ 2011-ci ildə o vaxt kansler postunu tutan Angela Merkelin dövründə Yaponiyanın “Fukusima-1” AES-də baş vermiş qəzadan sonra qəbul edilib.

Eyni zamanda, Almaniya 2023-cü ildə kömür və neft, 2024-cü ilə qədər qaz təchizatını əvəz etməyi planlaşdırır. Ölkə 2045-ci ilə qədər iqlim neytrallığına nail olmaq və tamamilə yaşıl enerjiyə keçmək istəyir.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

sixteen − two =