İran Prezidenti İbrahim Rəisi Ümumdünya İqlim Sammitində iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliyinə dəvət olunub.

APA xəbər verir ki, bu barədə ISNA İran Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.
Bildirilir ki, BƏƏ rəsmiləri İran prezidentini BƏƏ-də keçiriləcək Ümumdünya İqlim Sammitində iştirak etməyə dəvət ediblər.
Məlumata görə, İran Prezidentinin bununla bağlı planının necə olacağı hələ bilinmir.
Apa.az