Sionist rejimin həbsxanalarında 4900 fələstinli məhbus var

Sionist rejimin həbsxanalarında 4900 fələstinli məhbus var

Fələstin təşkilatları bir hesabatda sionist rejimin nəzarətində olan fələstinli məhbusların sayını 4900 nəfər elan ediblər.

Bir neçə Fələstin təşkilatı bu gün (bazar günü) və Fələstinli Məhbuslar Günü ərəfəsində birgə hazırladıqları hesabatda məhbusların sayının 4900 olduğunu açıqlayıb.

Sahab News saytının məlumatına görə, bu hesabat Məhbuslar və Azad edilənlərin İşləri üzrə Təşkilat, Fələstin Məhbuslar Cəmiyyəti, (məhbuslar sahəsində fəal) Əz-Zəmir İnstitutu və “Vadi Həlvə” İnsan Haqları Mərkəzi tərəfindən toplanıb. Bu hesabata görə, əsir götürülən 4900 kişi və qadından 700-ü xəstədir.

Həmçinin, sionist rejim həbsxanalarda ölən və ya zindan məsullarının yaramaz rəftarına görə şəhid olan 12 məhbusun cənazələrin hələ də ailələrinə təhvil verməyib. Bu hesabatda vurğulanır ki, əsirlərin və ölənlərin cəsədlərini girov götürmək bir rejimin edə biləcəyi ən ağır cinayətdir.

Hesabatın davamında bildirilir ki, 4900 məhkumdan 31-i qadın, 160-ı 18 yaşınadək uşaq və yeniyetmədir. Həmçinin, mindən çox digər məhbus inzibati həbsdədir, onlardan altısının yaşı 18-dən azdır.

İnzibati həbs bir şəxsin bəzən ittiham və mühakimə olunmadan aylarla və illərlə həbsdə saxlanmasıdır. Bir çox məhbus bu vəziyyətdən xilas olmaq üçün uzunmüddətli aclıq aksiyası keçirməyə məcbur olub və beynəlxalq və insan haqları təşkilatları sionistlərin bu hərəkətini dəfələrlə pisləyiblər.

Bu hesabata görə, Oslo razılaşmasından əvvəl (1993) həbsxanada 23 məhbus olub.

Onlardan 11 nəfəri 2011-ci ildə əsirlərin dəyişdirilməsi zamanı azadlığa buraxılıb və yenidən sionistlər tərəfindən həbs edilib, onların arasında ən tanınmış şəxs 43 ildir həbsdə olan Naul Burqusidir.

Həmçinin, 554 məhbus ömürlük həbs cəzasına məhkum edilib, hətta ömürlük məhbusun ölümündən sonra da sionistlər onun cəsədini təhvil verməyərək saxlayırlar. 1980-ci ildən bəri həbsxanalarda ölən 12 məhbusun cənazəsi hələ də ailələrinə təhvil verilməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four + 19 =