Burkina Faso ordusuna hücum: onlarla hərbçi öldü
Publika.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Hücum nəticəsində naməlum şəxslər 40 nəfəri öldürüb, 33 nəfəri yaralayıb.
Bundan əvvəl Burkina Faso hakimiyyəti aprelin 13-də ölkə ərazisinin bir hissəsini ələ keçirmiş terrorçu qruplaşmaların yaraqlılarına qarşı mübarizə üçün ümumi səfərbərlik elan etmişdi.
Burkina Faso son illərdə Qərbi Afrikadakı radikal qrupların terror fəaliyyətinin episentrinə çevrilib.
Publika.az