İsveçdə NATO ölkələrinin iştirakı ilə son 25 ilin ən böyük hərbi təlimləri keçirilir

İsveçdə NATO ölkələrinin iştirakı ilə son 25 ilin ən böyük hərbi təlimləri keçirilir

Bu gün İsveçdə NATO-ya üzv ölkələrin iştirakı ilə “Avrora-23” beynəlxalq hərbi təlimləri başlayır.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu, son 25 ildə ölkə ərazisində keçirilən ən böyük hərbi təlimdir.

Quru, dəniz və hava qüvvələrinin iştirak etdiyi təlimin məqsədi İsveçin müdafiə qabiliyyətini artırmaqdır.

Təlimdə Avstriya, Böyük Britaniya, Almaniya, Danimarka, Latviya, Litva, Norveç, Polşa, ABŞ, Ukrayna, Fransa, Finlandiya, İsveç və Estoniyadan olan 26 min hərbçi iştirak edəcək.

Əsas əməliyyatlar İsveçin cənub və şimalındakı sərhədyanı ərazilərdə, həmçinin Qotland adasında keçiriləcək.

Təlimlər mayın 11-də başa çatacaq.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

12 + 16 =