Bir pilotun xilas əməliyyatı: 6 əsgər ölüb, 30-u da itkin düşüb

Bir pilotun xilas əməliyyatı: 6 əsgər ölüb, 30-u da itkin düşüb

Publika.az “MK.ru”ya istinadən xəbər verir ki, Yeni Zelandiyalı pilotun xilas edilməsi əməliyyatı İndoneziyada 6 əsgərin həyatına son qoyub, daha 30 əsgər itkin düşüb.

Məlumata görə, faciə İndoneziyanın Papua ştatında baş verib. Belə ki, TPNPB-OPM təşkilatının separatçıları fevralın 8-də İndoneziyanın “Susi Air” aviaşirkətinin təyyarəsini vurub və pilot girov götürülüb.

İndoneziya ordusunun nümayəndəsi məlumatı təsdiqləməyib, bildirib ki, ölən və itkin düşənlər haqqında dəqiq məlumat məlum deyil. Bildirilir ki, axtarışlar davam edir, buna yağış, duman və əlaqənin olmaması mane olur.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fourteen − eight =