İşğal olunmuş Qüdsdə fələstinli gənc öldürülüb və Nablusda onlarla insan yaralanıb

İşğal olunmuş Qüdsdə fələstinli gənc öldürülüb və Nablusda onlarla insan yaralanıb

Sionist qüvvələrin Nablus şəhərinin cənubunda bir kəndə hücumu nəticəsində onlarla fələstinli yaralanaraq xəstəxanaya göndərilib.

Dünən gecə saatlarında sionist əsgərlər Nablus şəhərinin cənubunda (İordan çayının qərb sahilinin şimalında) “Bita” kəndinə hücum edərək fələstinlilərlə toqquşublar.

Əl-Ərəbiyyəl-Cədid saytının məlumatına görə, Fələstin Qızıl Aypara Cəmiyyətinin yardım etmə üzrə direktoru Əhməd Cibril yardım qüvvələrinin müharibə və plastik güllələrdən yaralananları Rufeydiyyə xəstəxanasına köçürdüyünü bildirib. Onun sözlərinə görə, gözyaşardıcı qazın atılması nəticəsində 55 fələstinli də təngnəfəsliyə düçar olub.

Fələstin mənbələrinin verdiyi məlumata görə, İsrail qüvvələri cümə axşamı bir çox müqavimət qüvvələrini həbs etmək üçün Bita kəndinə daxil olub və sakinlərlə toqquşub. Üç saatdan sonra isə kəndi tərk ediblər.

Digər tərəfdən, bu gün səhər saatlarında işğal altındakı Qüdsün “Şüəfat” düşərgəsində “Əhməd Bəşir” adlı fələstinli gənc naməlum şəxslər tərəfindən qətlə yetirilib və xilasetmə qüvvələrinin onu xilas etmək cəhdləri nəticəsiz qalıb.

1948-ci ilin işğal olunmuş ərazilərində yerləşən “Ət-Taybə” şəhərində naməlum şəxslər bu şəhər merinin şəxsi mühafizəçisi olan 25 yaşlı “Ədir Vəhib Ğanim” adlı gənci güllələyərək şəhid ediblər.

Sionistlər həmçinin “Əbdürrəhman Əl-Bəşiti” adlı fələstinli gənci Qüdsdəki evində həbs ediblər. Ötən gecə işğalçı rejim əsgərləri “Hudeyr Eyd” adlı qızı Əl-Əqsa məscidinin girişlərindən biri yanında həbs ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 × two =