Minlərlə fələstinli Məscidül-Əqsada Fitr bayramı namazı qıldı – Foto/Video

Minlərlə fələstinli Məscidül-Əqsada Fitr bayramı namazı qıldı – Foto/Video

Təxminən 120 min fələstinli bu cümə günü səhər saatlarında işğal altında olan Qüds şəhərindəki Əl-Əqsa məscidinin həyətində Fitr bayramı namazını qılıb.

İRNA-nın cümə günü verdiyi xəbərə görə, Qüdsdə İslami Vəqflər və Məscidül-Əqsa İşləri İdarəsi elan edib ki, təxminən 120 min müsəlman Fitr bayramını Məscidül-Əqsa ərazisində qılıb.

Bu xəbərə görə, sionistlərin ciddi təhlükəsizlik tədbirlərinə baxmayaraq, işğal olunmuş Fələstinin hər yerindən fələstinlilər Məscidül-Əqsaya gəliblər.

“Fələstin Əl-Yəvm” kanalı sionist qüvvələrin Babəl-Əsbat yaxınlığında fələstinli ibadətçilərə hücum edərək onları döydüyünü bildirib.

Fitr bayramı namazı bitdikdən sonra fələstinlilər Məscidül-Əqsanın qapıları qarşısında şirniyyat paylayıblar.

Ötən cümə günü minlərlə Fələstin vətəndaşı sionist rejimin yaratdığı məhdudiyyət və maneələrə baxmayaraq, mübarək Ramazan ayının üçüncü cümə namazını Məscidül-Əqsa və onun həyətlərində qılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four × three =