İşğal olunmuş ərazilərdə yaralanan fələstinlilərin sayı 55-ə çatıb

İşğal olunmuş ərazilərdə yaralanan fələstinlilərin sayı 55-ə çatıb

Fələstin Qızıl Aypara Cəmiyyəti cümə günü səhər elan edib ki, işğal olunmuş ərazilərdə cümə axşamı gecəsi baş verən qarşıdurmalarda yaralananların sayı 55 nəfərə çatıb.

İRNA-nın Fələstinin “Şahab” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Fələstin Qızıl Aypara Cəmiyyəti öz hesabatında bu şəxslərin Nablusun cənubundakı Bita qəsəbəsində gözyaşardıcı qazın inhalyasiyası nəticəsində yaralandığını və təngnəfəsliyə düçar olduğunu açıqlayıb.

Fələstin Qızıl Ayparası daha əvvəl Nablusun cənubundakı Bita qəsəbəsində yaralıların sayını 33-ə çatdığını bildirmişdi.

Həmçinin, “Muti” kimi tanınan Fələstin Statistika və İnformasiya Mərkəzi Fələstin müqavimət qüvvələrinin dünən İordan çayının qərb sahilində və işğal altındakı Qüdsdə sionistlərə qarşı 13 əməliyyat keçirdiyini açıqlayıb.

Bu hesabat əlavə edir ki, müqavimət qüvvələrinin əməliyyatları Cənin, Beyti-Ləhm, Yerixo, Tulkərim, Ramullah və Qüdsdə keçirilib.

Həmçinin bu ayın (aprel) ilk həftəsi ərzində Fələstin müqavimət qüvvələri sionistlərə qarşı 368 əməliyyat keçirib.

Bu günlərdə işğal olunmuş ərazilərdə, xüsusilə İordan çayının qərb sahilində şərait çox gərgindir və fələstinli döyüşçülər sionistlərin saysız-hesabsız cinayətlərinə hər vasitə ilə cavab verirlər və bu, qəsbkar sionistlər üçün çıxılmaz vəziyyət yaradıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 × 3 =