Rusiya təşvişdə – NATO bu ölkələrdə nüvə silahı yerləşdirəcək

Rusiya təşvişdə – NATO bu ölkələrdə nüvə silahı yerləşdirəcək

Publika.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

“İyulda NATO müttəfiqləri 2022-ci il fevralın 24-dən sonra ikinci sammit üçün Vilnüsdə toplanacaq. NATO Rusiya tərəfindən istənilən nüvə silahının yayılmasına nəzarət etmək planlarını elan etməlidir. Əgər o Belarusu nüvə başlıqları ilə təmin edərsə, o zaman NATO başlıqlarını Baltikyanı ölkələrdə və ya Polşada yerləşdirəcək”, – bəyanatda deyilir.

Qeyd olunur ki, sammitdə nüvə silahının yayılması məsələsi müzakirə oluna bilər.

Aprel ayında ABŞ-ın keçmiş prezidenti Donald Tramp demişdi ki, dünya nüvə silahından qurtulmalıdır. O qeyd edib ki, bu silah növünün dünyada yayılması məsələsi qlobal istiləşmədən qat-qat önəmlidir.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

18 − 3 =