Sionist hərbçilər İordan çayının qərb sahilindəki bölgələrə gecə hücum edib

Sionist hərbçilər İordan çayının qərb sahilindəki bölgələrə gecə hücum edib

Xəbər mənbələri bazar ertəsi səhər sionist qüvvələrin İordan çayının qərb sahilindəki bölgələrə hücum edərək Fələstin müqavimət qüvvələri ilə toqquşduğunu bildiriblər.

İRNA-nın Fələstinin Şahab xəbər agentliyinə istinadəndən verdiyi xəbərə görə, sionist qüvvələr Nablus şəhəri və bu şəhərin cənubundakı Bita qəsəbəsinə hücum edib.

Bu xəbərə əsasən, sionist əsgərlər Nablus şəhərinin Əl-Məacin məhəlləsindəki azad fələstinli Əla Əl-Ərəcin və Bita qəsəbəsində Abdullah Əmcəd Xuzeyrin evinə hücum edərək onları həbs edib.

“Ərinəl-Usud” müqavimət qruplaşması bir bəyanat yayaraq, Fələstin müqavimət qüvvələrinin Nablus şəhərinin qərb hissəsində sionist əsgərlərin hücumuna cavab verdiyini, onları güllə və partlayıcı maddələrlə hədəfə aldığını elan edib.

Bu xəbərdə əlavə edilir ki, sionist qüvvələr həmçinin Ramullahın şimal-şərqində yerləşən Əl-Muğir kəndi, Hebronun Sureyf şəhəri və Yerixonun Cəbr düşərgəsinə hücum ediblər.

Bu günlərdə işğal olunmuş ərazilərdə, xüsusilə İordan çayının qərb sahilində şərait çox xüsusidir və fələstinli döyüşçülər sionistlərin saysız-hesabsız cinayətlərinə hər vasitə ilə cavab verirlər və bu, qəsbkar sionistlər üçün çıxılmaz vəziyyət yaradıb.

Bu ayın (aprel) ilk həftəsi ərzində Fələstin müqavimət qüvvələri sionistlərə qarşı 368 əməliyyat keçirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two × 5 =