Post niyə Laçın yolunun bu hissəsində quruldu? -Xankəndi PLANI-Video

Post niyə Laçın yolunun bu hissəsində quruldu? -Xankəndi PLANI-Video



Bu körpü Qarabağdan Ermənistana gedən, yaxud əksinə olan bütün yolların birləşiyi əsas nöqtədir.

Postun məhz burada qoyulmasının perspektiv nəticələri aydın görünür:

Birincisi, Xankəndidəki separatçıların bütün yolları Azərbaycanın nəzarətinə keçdi;
İkincisi, separatçıların yeni keçid yolları axtarması mənasızdır, çünki hansı istiqamətə üz tutsalar, nəticədə postun qurulduğu körpüdən keçməlidirlər;
Üçüncüsü, Qarabağa daşınan, yaxud əks istiqamətə aparılan bütün yüklərə nəzarət Azərbaycan sərhədçiləri tərəfindən həyata keçiriləcək;
Dördüncüsü, Qarabağdakı erməni əhalisi Ermənistana, yaxud əks istiqamətə hərəkət etmək üçün Azərbaycan postundan keçəcək və bu, onların reinteqrasiya prosesinə qoşulmağa, vətəndaşlığı qəbul etməyə sövq edəcək əsas amillərdən biridir.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 × two =