Tramp ABŞ-ı “zibillik” adlandırdı

Tramp ABŞ-ı “zibillik” adlandırdı

Publika.az xəbər verir ki,bu barədə “TASS” məlumat yayıb.

Siyasətçi xatırladıb ki, onun rəhbərliyi altında ABŞ ölkə tarixində ən qorunan sərhədə malik olub, Baydenin dövründə isə qeyri-qanuni mühacirlərin axını səbəbindən ştat zibilliyə çevrilib.

Onun sözlərinə görə, Baydenin dövründə cənub sərhədi faktiki olaraq yox olub, milyonlarla miqrant ölkəyə gəlib.

“Şəhərlərimiz evsiz insanlar, narkomanlar və zorakı cinayətkarlarla doludur. Bu insanlar çox təhlükəlidir”, – Tramp bildirib.

O əlavə edib ki, Baydenin prezident kimi hərəkətləri Əfqanıstanda ciddi inflyasiya və fəlakətə gətirib çıxarıb, həmçinin dünyanı üçüncü dünya müharibəsi astanasına gətirib.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

20 + 10 =