Ölçüsü normadan artıq olan meyvə-tərəvəzlər zərərlidirmi? – VİDEO

Ölçüsü normadan artıq olan meyvə-tərəvəzlər zərərlidirmi? – VİDEO

Meyvə alarkən onların ölçüsünə xüsusi diqqət yetirilməlidir. Mütəxəssislər bildirir ki, ölçüsü normadan artıq olan meyvələrin bizə xeyrindən çox, ziyanı ola bilər.

BAKU.WS xəbər verir ki, bazarda belə meyvələrdən ən çox çiyələyə rast gəlinir.

Satıcı deyir ki, bu meyvələr tərkibinə görə müxtəlif olur.

Qiymətinə gəlincə, yerli çiyələyin 1 kiloqramı 10-12 manat, xaricdən gətirilmiş isə 7-10 manat arası dəyişir.

“Bəs bu məhsullar necə və hansı şəraitdə yetişdirilir?”

Qida mütəxəssisi Samir Qafarov “Xəzər Xəbər”ə bildirib ki, mövsümündən əvvəl yetişdirilən meyvə-tərəvəzlərin qəbulunu düzgün hesab etmir. Həmçinin istifadədən əvvəl bu qidaların üzəri mütləq şəkildə bakteriyalardan təmizlənməlidir.

Mütəxəssisin sözlərinə görə, belə məhsullar vaxtından əvvəl yeyilərsə, mədə-bağırsaq xəstəliklərinə qədər yol aça bilər.

BAKU.WS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two × 5 =