Avropanın nəhəng şirkəti Rusiyadan çıxır, biznesini satır

Avropanın nəhəng şirkəti Rusiyadan çıxır, biznesini satır

Publika.az xəbər verir ki, bu barədə TASS alman şirkətinin rəhbəri Mario Merenaya istinadən məlumat yayıb.

Merenin sözlərinə görə, şirkət artıq Rusiya ilə enerji sahəsində əməkdaşlıq perspektivlərini görmədiyi üçün ayrılma qərarında qətidir. Ölkədə biznesin məhdudlaşdırılması Sankt-Peterburqda ofisin bağlanması və işçilərin ixtisarı ilə başlayıb.

Bununla belə, çıxış prosesi çətin olaraq qalır, çünki Rusiya hakimiyyəti, iddialara görə şirkət üçün daim “yeni maneələr və inzibati prosedurlar” yaradır.

Qaz yataqlarının işlənməsinə sərmayə qoyan şirkət İl ərzində yeddi milyard avro itirib. Meren həmçinin, Rusiyanı “müştərək müəssisələrin iqtisadi müsadirəsi”ndə ittiham edib.

“Wintershall Dea” rəhbərliyi uzun müddətdir ki, Rusiyada fəaliyyətini davam etdirdiyi üçün tənqid olunur. 2022-ci ilin oktyabrında firma aktivin bölünməsi ehtimalının təhlilindən danışıb və yalnız 2023-cü ilin yanvar ayının ortalarında bazardan çıxacağını elan edib.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

8 − 2 =