Bu il satılacaq hər 5 avtomobildən biri bu model olacaq

Bu il satılacaq hər 5 avtomobildən biri bu model olacaq

Publika.az xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin illik proqnozunda deyilir.

Bildirilir ki, qlobal elektrik avtomobil satışları ilk dəfə olaraq 10 milyonu keçib. Satış həcminin bu il hibrid modellər də daxil olmaqla 14 milyon avtomobilə yüksələcəyi proqnozlaşdırılır.

Çin subsidiya proqramı sayəsində bütün elektrikli avtomobil satışlarının təxminən üçdə ikisini təşkil edəcək. Təşviqlər təklif edən Avropa və ABŞ bu avtomobillər üçün ikinci və üçüncü ən böyük bazardır.

İstixana qazı emissiyalarını azaltmaq üçün Aİ 2035-ci ilə qədər yanacaq mühərrikli avtomobillərin, demək olar ki, bütün satışlarını dayandırmağı qarşısına məqsəd qoyub və ABŞ bu onilliyin sonuna qədər satışların yarısını EV-lərin təşkil etməsini istəyir.

Ümumilikdə keçən il 500-dən çox elektrik avtomobil modeli satışa çıxarılıb ki, bu da beş il əvvəlkindən iki dəfə çoxdur. Bu il satılacaq hər 5 avtomobildən birinin elektrikli olacağı gözlənilir.

EA qlobal EV satışları ilə bağlı gözləntilərini də artıraraq, qlobal satışların 35%-nin 2030-cu ildə elektriklə olacağını proqnozlaşdırıb. 2030-cu ilə qədər Çin, ABŞ və Avropada satışların 60%-nin tamamilə elektriklə olacağı gözlənilir.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eighteen − eight =